Avropa Birliyi və Ermənistan azad ticarət danışıqlarını yekunlaşdırıb

Ermənistan və Avropa Birliyi Dərin və Tam Azad Ticarət Ərazisi (DCFTA) yaradılması haqda danışıqları tamamlayıb.

Avropa Komissiyası bildirir ki, danışıqların Yerevanda keçirilən yekun mərhələsində tərəflər Assosiasiya Sazişinin əsas məqamlarında razılığa gəliblər, bu da Ermənistanla Avropa Birliyi arasında ticarətdə yeni struktur yaradır.

Avropa Komissiyasının bəyanatında deyilir ki, DCFTA Ermənistanın Avropa Birliyinə inteqrasiyasını gücləndirəcək, Ermənistanın və Avropa Birliyinin mallarına və xidmətlərinə bir-birlərinin bazarlarına daha asan çıxmağa şərait yaradacaq.