Pulitzer mükafatı laureatı Power ABŞ-ın BMT-də yeni səfiri ola bilər

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi BMT-də ABŞ səfiri vəzifəsinə Samantha Powerin namizədliyini dəstəkləyib.

Komitədə dinləmələr mübahisəli keçib.

Power vaxtilə jurnalist və insan haqları kimi ABŞ və onun müttəfiqi İsrailə münasibətdə tənqidi mövqu tuturdu və onun o vaxtlar dediyi fikirlər indi suallar doğurub.

Powerin namizədliyini Venesuela pisləyib. Power Venesuela hakimiyyətini repressiv adlandırıb.

Power ABŞ-ın dünyada genosidin qabağını ala bilməməsi haqda kitabına görə Pulitzer mükafatı alıb.

Powerin namizədliyini indi Senat təsdiq etməlidir.