Polis blokadnı yararaq nazirləri və deputatları azad edib

Bolqarıstanda polis parlament binasında 100-dən çox naziri, deputatı və jurnalisti 7 saatdan çox blokadada saxlayan kütləni yararaq binada olanları çıxardıb.

Sofiada parlament binasının qapısında yüzlərlə etirazçı siyasətçilərin binanı tərk edə bilməməsi üçün barrikadalar qurmuşdular.

Sofiada etirazlar 40-cı gündür ki, davam edir. “Mafia”, “İstefa” qışqıran etirazçılar hökumətin istefasını tələb edir. Onların fikrincə, korrupsiyalaşmış hökumətə etimad itib. Etirazçılar həmçinin kasıblıqla mübarizə aparılmasını tələb edir.