Aqşin Yeniseydən yeni kitab - yeni hekayələr

-

"Qanun" nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından yeni kitab çap olundu. Bu gənc yazar Aqşin Yeniseyin «Məbədin sükutu» kitabıdır.

Kitabda yazarın son illərdə yazdığı və heç bir kitabında çap olunmamış hekayələri, satirik, publisistik yazıları və müasir Azərbaycan ədəbiyyatının istedadlı simalarına həsr olunmuş məqalələri toplanıb.

Bu Aqşin Yeniseyin sayca beşinci kitabıdır. İndiyədək yazarın «Unutmaq sözünün şəkli» (2000), «Sizin eradan əvvəl» (2005), «Cənnətdə terror aksiyası» (2009), «Yüz qırx yeddi dənə sən» (2013) adlı şeir və nəsr kitabları nəşr olunmuşdur.

«Cənnətdə terror aksiyası» kitabı da "Ən yeni ədəbiyyat" seriyasında çap edilib.