Misirdə baş verən toqquşmalarda daha 6 adam ölüb

Qahirədə toqquşma

Dünən axşam Misirdə devrilmiş prezident Mohammad Morsinin tərəfdarları ilə əlehdarları arasında baş verən toqquşmalarda azı 6 adam ölüb.Toqquşmalar paytaxt Qahirə və ölkənin digər şəhərlərində baş verib.
Müvəqqəti prezident Adli Mənsur dünən televiziya ilə müraciətində xalqı barışıq hökuməti qurmağa çağırıb.

Keçmiş prezident Mohammad Morsi hazırda naməlum hərbi obyektdə nəzarət altındadır.Müdafiə nazirliyi bunun onun təhlükəsizliyi baxımından edildiyini deyir.

O iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.