Həftənin fotopanoramı (22-29 iyul)

Ötən həftə sonunu Tıva regionunda keçirən Rusiya prezidenti Vladimir Putin Sibir gölündə balıq tutmağa da gedib. Rəsmi informasiya vasitələrində prezidentin çəkisi 21 kiloqram olan durna balığı tutduğunu əks etdirən kadrlar yayılıb. Həmin balıqdan prezidentə kotlet bişirilib

Misirin devrilmiş prezidenti Mohamed Morsi-nin tərəfdarları Qahirədə ucaltdıqları barrikada arxasından polisə daş atırlar. 27 iyul 2013

Çinin Henan əyalətində yağan güclü yağışlar daşqınlara səbəb olub

İspaniyada Santyaqo de Kompostela yaxınlığında sürət qatarı qəzaya uğrayıb. Kran qəzaya uğramış qatarın vaqonlarını qaldırır.

Braziliyanın Rio de Janeyro şəhərində adamlar parkda quraşdırılmış etiraf köşklərinə etiraflarını edir, 24 iyul

Kembric hersoginiyası Catherine həyat yoldaşı Britaniya şahzadəsi William-la birgə Londonda xəstəxananın qarşısında yeni doğulmuş uşaqlarını nümayiş edir.

Bolqarıstan paytaxtı Sofiyada hökumət əleyhinə keçirilən etiraz aksiyasında etiraz edən vətəndaş

Prezident İlham Əliyev Milli Mətbuat günündə ev alan jurnalistlərin əhatəsində.

Yarışa qatılan üzgüçülər Türkiyənin Asiya hissəsindən Avropa hissəsinə üzüblər