'Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?'

Sizin brauzer HTML5-i dəstəkləmir

Gədəbəyin Arıxdam kəndinin sakinləri deyir ki, qızıl çıxaranlar gələndən evlərinin bərəkəti, həyətlərinin suyu ərşə çəkilib. Söhbət 2009-cu ildən işə düşən Gədəbəy Qızıl Mədəni Zavodundan gedir. Yerli sakinlər danışırlar ki, müəssisə onların pay torpaqlarını xoş-naxoş alıb mədən sahəsinə qatıb. Mal-qaranı otarmağa otlaq sahəsi belə qalmayıb.