I ixtisas qrupu üzrə qəbul imtahanlarına oğlanlar daha çox sənəd verib

İyulun 21-də TQDK 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib.

Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir.