"Arşın mal alan"da bütün rolları amerikalı aktyorlar oynayacaq

«Arşın mal alan» operettası

-

Sentyabrın 7-də Los-Ancelesdə Üzeyir Hacıbəylininin «Arşın mal alan» operettası nümayiş etdiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb. Bunun Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə həyata keçirildiyi bildirilir.

Tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.

Əsər Los-Ancelesin məşhur Dorothy Chandler Pavilion Opera Teatrında səhnəyə qoyulacaq.

Tamaşamın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır.

Onun 2006-cı ildə «Arşın mal alan»ı Vyanada uğurla səhnələşdirdiyi bildirilir.

Operettadakı bütün rolların ifaçıları amerikalı opera ifaçıları olacaq.

Ariyalar Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq.

Musiqini Los-Ancelesdə fəaliyyət göstərən orkestr ifa edəcək.

«Arşın mal alan» ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formatda ilk dəfə səhnələşdirilir.

«Arşın mal alan» operettasının 100 illiyi bu payız UNESСO səviyyəsində qeyd olunacaq.

"Arşın mal alan"dan Telli və Vəlinin dueti (İran, Urmiyə)http://www.youtube.com/embed/okyFzGxuKMo?feature=player_detailpage