Cemaati islam partiyasının lideri 90 il azadlıqdan məhrum edilib

Banqladeş məhkəməsi islamçı “Camaati mİslam” partiyasının keçmiş lideri Qulam Azamı hərbi cinayətkarlıqda təqsirli bilib.

Söhbət 1971-ci ildə Pakistanla müharibə dövründə törədilmiş cinayətlərdən gedir.O mütəşəkkil cinayətkarlıq və zorlama da daxil olmaqla 5 maaddə üzrə təqsirli bilinərək 90 il azadlıqdan məhrum edilib. Prokurorluq ona ölüm hökmü istəmişdi.

Məhkəmə zamanı onun tərəfdarları paytaxt Dakka və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirib.