Snowden Moskvadan sığınacaq istəyir

Edward Snowden

Hüquq müdafiəçilərinin Moskvanın Şerementiyeva hava limanında ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowdenlə görüşü sona yetib.Bu barədə İTAR-Tass agentliyi xəbər verir.

Hüquq müdafiəçilərinin sözlərinə görə o Rusiyadan siyasi sığınacaq istəyir. Amma onlardan birinin sözlərinə görə, Snowden Latın Amerikası ölkələrindən birinə gedəcəyini də istisna eləməyib.

Amma Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov Snowdenin siyasi sığınacaqla bağlı hələlik Moskvaya rəsmi müraciət etmədiyini deyir.

Bugünkü görüş Snowdenin təklifi ilə keçirilib.

Amnesty International təşkilatının Rusiya bölməsinin rəhbəri Sergey Nikitin bundan əvvəl bildirib ki, əgər o Vaşinqtona verilsə çətin vəziyyətlə üzləşə bilər.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Snowden iyunun 23-də Honkonqdan Moskvaya gəlib və hazırda onun tranzit zonada olduğu güman edilir.

O Birləşmiş Ştatlarda gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb. ABŞ onu casusluqda ittiham edir