UEFA Çempionlar və Avropa Liqasının püşkatma vaxtını açıqlayıb

UEFA logo

İyulun 19-nda İsveçrənin Nyon şəhərində UEFA Çempionlar və Avropa Liqasının III təsnifat mərhələsinin püşkadma mərasimi keçiriləcək.Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Həmin gün Bakı vaxtı ilə saat 15:00-da Çempionlar, bir saat sonra isə Avropa liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Reqlamentə əsasən Çempionlar Liqasının bu mərhələsində 20 komanda iştirak edəcək ki, bunlardan 3-cü birbaşa vəsiqə qazanan, 17-si isə II təsnifat mərhələsinin qalibləri olacaq.

Avropa Liqasında yer alacaq 58 komandadan isə 18-i birbaşa vəsiqə qazananlar, 40-ı isə II təsnifat mərhələsində qalib gələnlər olacaq.

Bu mövsümdə Azərbaycanı Çempionlar Liqasında "Neftçi", Avropa Liqasında isə "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edir.