Məşhur bəstəkar Ennio Morricone Bakıya gəlir (Dinlə)

Ennio Morricone

-

Dünya şöhrətli bəstəkar və pianoçu Ennio Morrikone Azərbaycanda konsert verəcək.

APA-nın məlumatına görə, məşhur italiyalı sənətkarın Bakı konserti payız ayları üçün planlaşdırılır. Hazırda konsertin yeri ilə bağlı danışıqlar aparılır.

Bildirilir ki, E. Morrikone Azərbaycanda növbəti yubileyini qeyd edəcək.

85 yaşlı Morrikone son yüzilliyin ən böyük bəstəkarlarından sayılır.

Onun musiqiləri bir neçə dəfə Grammy, Golden Globe, BAFTA mükafatlarına layiq görülüb.

2007-ci ildə ona Oscar Fəxri mükafatı verilib. "Sprut", "Yaxşı, Pis və İdbar" kimi məşhur filmlərin musiqisini də o yazıb.

"Sprut" filmindənhttp://www.youtube.com/embed/Pz3QKsb8TL4?feature=player_detailpage


"Yaxşı, Pis və İdbar" filmindən (bəstəkar özü dirijorluq edir)http://www.youtube.com/embed/ZNGe7iK1O-4?feature=player_detailpage


Və hamının tanıdığı bir bəstə
http://www.youtube.com/embed/ez9jwY6kBLE?feature=player_detailpage