Bakı-Qazax magistralındakı körpüdə qəzalı vəziyyət yaranıb

Foto arxiv

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən körpüdə qəzalı vəziyyət yaranıb.

APA-nın məlumatına görə, körpünün Bakı-Qazax istiqamətində hərəkət hissəsi təmir üçün bağlanıb. Əraziyə beton konstruksiyalar gətirilib. Yaxın günlərdə konstruksiyaların dəyişdirilməsinə başlanacaq.

Bu körpü son 10 ildə artıq üçüncü dəfədir ki, təmirə dayandırılır.