Azərbaycanda pensiyalar artırılacaq

Foto arxiv

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ölkə başçısına pensiyaların artırılması ilə bağlı təkliflər verib və hazırda prezidentin bu barədə sərəncamı gözlənilir.

Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev “APA-Economics”ə bildirib ki, artım avqust, ən uzağı isə sentyabrda gözlənilir.

Söhbət təxminən 15-20% civarında artımdan gedir.