Mohamed ElBaradei Misirin baş naziri təyin edilməsi təkzib edilir

Mohamed ElBaradei

-
Misir hökuməti Mohamed ElBaradeinin Misirin keçid dövrünün baş naziri təyin olunması xəbərini təkzib edib.
Mohamed ElBaradei Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəridir. Misirdə lideral və solçu partiyaların alyansına başçılıq edib.
Hökumət rəsmisinin açıqlamasına görə, hazırki ölkə başçısı Adly Mansour şənbə günü Mohamed ElBaradei ilə görüşüb, amma onu Nazirlər Kabinetinin başçısı təyin etməyib.
Baş nazir postuna Mohamed ElBaradei ilə yanaşı “Al-Nur” İslam partiyası da iddialıdır. Bu partiyadan olanlar bəyan ediblər ki, Mohamed ElBaradei baş nazir olacağı təqdirdə, hazırki hərbi prosesləri dəstəkləməyəcəklər.