Bakı-Dalaman aviareysi açılıb

-
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Türkiyənin daha bir kurort şəhərinə aviareyslərə başlayıb.

İyulun 6-dan etibarən Bakı-Dalaman marşrutu üzrə birbaşa uçuşlara start verilib: Mövsümi xarakter daşıyan bu aviareys avqustun 31-dək davam edəcək. Bakıdan Dalamana uçuşlar hər şənbə saat 11:00-da «Airbus» tipli təyyarə ilə yerinə yetiriləcək.

Hazırda AZAL Türkiyənin Antalya və Bodrum kimi kurort şəhərlərinə də birbaşa aviareyslər təşkil edir.