Əvəz Zeynallının işindən Ali Məhkəməyə şikayət göndərilib

Əvəz Zeynallı

-
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının işindən Ali Məhkəməyə şikayət göndərilib. Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib.
Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Elçin Sadıqov sözlərinə görə, şikayətdə Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamların əsassız olduğu vurğulanır:

«Ali Məhkəmədən istəyimiz cinayət işinə bəraətverici əsaslarla xitam verilməsidir. Əvəz bəyin saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Yeganə narazılığı onun saxta ittihamlarla həbs olunmasıdır. Ailəsi ilə keçən ay görüşüb. Bu ay isə hələ görüş verilməyib. Amma qanunla Əvəz bəyin ən azı ayda iki dəfə ailəsi ilə görüşmək hüququ var».