MTRŞ sədri AzadlıqRadiosunun peyk kanalına müdaxilə haqda - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Nuşirəvan Məhərrəmli AzadlıqRadiosunun yayımına müdaxilələr barədə

-
«Bu məsələdən xəbərsizəm və ümumiyyətlə, bu məsələnin bizə aidiyyatı yoxdur. Çünki Azadlıq Radiosu yerli yayım şirkəti deyil».
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azadlıq Radiosunun «Fərqli xəbərlər» proqramına müdaxilələrlə bağlı AzadlıqRadiosunun sualına cavabında deyib.
Azadlıq və Azad Avropa Radioları Korporasiyasının sənədləşdirilmiş dəlillərinə əsasən, radionun Azərbaycana peyk yayımlarına müdaxilələr baş verir. Belə bir müdaxilə beynəlxalq telekommunikasiya qaydalarına ziddir və radionun yayımlarının pozulması tarixinin yeni mərhələsi hesab oluna bilər.
Son vaxtlar AzadlıqRadiosunun «Fəqrli xəbərlər» həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur.

Aprelin 28-dən başlayan bu hadisə, verilişin sonrakı 3 həftə ərzindəki yayımlarında da qeydə alınıb.
Sonuncu dəfə “Fərqli xəbərlər”in 16 iyun yayımına olan müdaxilə də sənədləşdirilib.