«28 May» metro stansiyasının əsas çıxışı bağlanıb

İyulun 1-dən etibarən Bakı Metropoliteninin «28 May» stansiyasının əsas çıxışı bağlanılıb.

«APA-Economics»in məlumatına görə, stansiyanın «Cəfər Cabbarlı» meydanı istiqamətində olan əsas çıxışı yenidənqurma işləri başa çatdırılana qədər bağlı olacaq.

Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına uyğun olaraq, hazırlanmış tədbirlər planına əsasən, stansiyanın bu hissəsində yeni giriş-çıxış konstruksiyası inşa olunacaq.