«Azadlıq» qəzeti cəriməni uşaq evinə ödəyəcək

-
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun şikayəti əsasında «Azadlıq» qəzeti 30 min manat cərimələnmişdi.

Yasamal rayon Məhkəməsinin qərarı ilə qəzetinin bank hesabına həbs qoyulmuşdu.

Tərəflərin razılığı əsasında qəzetin hesabından həbs götürülüb. 30 min manat isə hissə-hissə uşaq evlərindən birinə bağışlanacaq.

Bu barədə «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli məlumat verib. Onun dediyinə görə, məbləğin ödəniləcəyi uşaq evini qarşı tərəfin vəkili müəyyənləşdirəcək.

«Azadlıq» qəzetinə qarşı daha iki məhkəməyə şikayətlə müraciət olunub. «Binə» Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova qəzetin 30 min, jurnalistin 2 min, Müdafiə Nazirliyi 100 min manat cərimələnməsini tələb edir.