Misir prezidenti səhvlərini etiraf edir

Misirin prezidenti Muhammad Morsi  hakimiyyətə gəlməsinin 1 illiyi münasibətilə televiziyada müraciətində xəbərdarlıq edib ki, ölkədəki fasiləsiz aksiyalar Misiri paralizə edir. Prezident bəzi səhvlərini etiraf edib və siyasi rəqiblərini islahatlar üçün danışıqlara çağırıb.  İyunun 3-0-da ölkənin bir çox şəhərlərində Mursi və islamçı rejim əleyhinə aksiyalar planlaşdırılıb.  Artıq indidən ordu sözügedən şəhərlərdə mövqe tutub.  Baş verən toqquşmalar zamanı Mansura şəhərində 2 nəfər həlak olub.