Benzin daşıyan maşın şəhərində mərkəzində partlayıb, ölənlər var

İyunun 27-də Qazaxıstanın ən böyük şəhəri Almatının mərkəzində yanacaqdaşıyan maşının qəzaya uğraması nəticəsində 20-yə yaxın mənzil və ətrafdakı maşınlar yanıb.

Qazaxıstan rəsmiləri bildirirlər ki, səhər tezdən baş verən qəzada 8 ton yanacaq daşıyan maşının sürücüsü hadisə yerindəcə yolub, yanğında ətrafdakı 8 avtomobil və yaxınlıqdakı binadakı 20 mənzil də kül olub. Günorta yanğını söndürüblər.

Hələ ki, olayda xəsarət alan digərlərinin axtarışı davam edir. Yanan mənzillərin sakinləri yaxınlıqda qurulan çadırlara yerləşdirilir.