ABŞ səfirliyi gənclərin məhkəməsindən narahatdır

Richard Morningstar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar gənclərin məhkəməsi və siyasi fəallar barədə bəyanatla çıxış edib.

Bu barədə APA agentliyi məlumat yayıb.

Bəyanatda N!DA vətəndaş hərəkatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundovun həbs müddətinin uzadılması, habelə yazda keçirilən nümayişlərə görə həbs edilmiş digər şəxslərin məhkəməsindən naraharahatıq bildirilir, prosesin izləndiyi qeyd olunur.

ABŞ səfiri hökuməti həmin şəxslər üzərində ədalətli və şəffaf məhkəmələr keçirməyə, qanunun aliliyini təmin etməyə çağırır.