«Neftçi»nin Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Foto: Arxiv

-
İyunun 24-də İsveçrənin Nyon şəhərində 2013/2014 mövsümü üçün UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb.

Turnirə II təsnifat mərhələsindən qoşulacaq Bakının «Neftçi» klubu mübarizəyə Albaniya çempionu «Skënderbeu» klubu ilə başlayacaq.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab qarşılaşmaları isə 23-24-də olacaq.

«Neftçi» ilk oyunu Bakıda öz meydanında keçirəcək.

AVROPA LİQASI

UEFA Avropa Liqasına I təsnifatdan başlayan Azərbaycan klublarının da rəqibləri artıq məlumdur.

Püşkə əsasən, Ağdam təmsilçisi «Qarabağ» «Metalurg» (Skopye, Makedoniya) klubu ilə qarşılaşacaq.

Bakının «İnter» klubu Finlandiyanın «Mariehamn», «Xəzər Lənkəran» isə Maltanın «Sliema Wanderers» klubu ilə üz-üzə gələcək.

Avroliqanın I təsnifat mərhləsinin oyunları 4-11 iyul tarixlərində keçiriləcək.