Həyat yoldaşını öldürən Sabirabad sakinin meyiti Kürdən tapılıb

Foto arxiv

İyunun 21-də həyat yoldaşını öldürən Sabirabad sakininin meyiti Kürdən tapılıb.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1958 ci il təvəllüdlü Qismət Əliyevin meyiti Kür Şirvan şəhərindən keçən hissəsində tapılıb.Onun intihar etdiyi güman edilir.

Qismət Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, Sevil Əliyevanı bıçaqlayaraq qətlə yetirib.