Braziliyada etiraz nümayişləri davam edir

Braziliyada nümayiş

Braziliyada hökumət əleyhinə nümayişlər davam edir.Dünən ölkənin 100-dən çox şəhərində keçirilən aksiyalarda milyondan çox adam iştirak edib.

Aksiyaçılar hökuməti korrupsiya və 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərinə həddən artıq vəsait xərcləməkdə günahlandırırlar.Bundan başqa onlar sosial xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər.

İki həftədən çoxdur ki, ölkədə kütləvi nümayişlər keçirilir.