ABŞ Dövlət katibi John Kerry “ Suriyanın Dostları” qrupunun iclasında iştirak etmək üçün Dohaya gedib.Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri də iştirak etməlidirlər.
ABŞ Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silah işlətməsi barədə onda dəlillər olduğunu və üsyançılara silah göndərməyə hazır olduğunu bəyan edib.Avropa Birliyi isə Suriya müxalifətinə silah embarqosunu aradan qaldırıb.
Rusiya , İran və radikal şiə qrupu olan Hüzbullah bu savaşda Suriya hökumətinin tərəfini saxlayır.
BMT-nin məlumatına görə, 2 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 90 mindən çox adam ölüb.