Taliban ABŞ-a əsirlərin dəyişdirilməsini təklif edir

Muhammad Naeem

Taliban əsirlikdə olan ABŞ əsgərlərini Quantanama həbsxanasında saxlanan 5 yüksək səlahiyyətli nümayəndəsinə dəyişməyə hazır olduğunu bəyan edib.

Bunu Associated Press agentliyinə bu gün Əfqanıstan taliblərinin Qətərdə açılan ilk ofisinin mətbuat katibi Shahin Suhail bildirib.

O əsirlərin dəyişdirilməsinin ofisin qarşısında duran ilk məsələlərdən olduğunu qeyd edib.
Yaxın vaxtlarda ABŞ və Taliban arasında danışıqlar gözlənilir.