Əlisa Nicatın yeni romanı çap olundu

-

Yazar Əlisa Nicatın "Ehram" romanı çap olunub. Roman "Ehram" yayınları tərəfindən hazırlanıb.

Azərbaycanda yeni fəaliyyətə başlayan "Ehram" yayınlarının rəhbəri Dilqəm Əhməd deyir ki, çap edəcəkləri kitablar oxucuların büdcəsinə uyğun olacaq.

Yayınların adı isə çap olunan ilk kitabın - "Ehram"ın adına uyğun olaraq götürülüb. Kitab hazırda Bakının kitab mağazalarında var.

Dilqəm Əhməd onu da bildirdi ki, iyun ayının 23-ü, saat 17:00-da Bakı Jurnalistika Məktəbində Əlisa Nicatın iştirakı ilə “Ehram”ın təqdimatı təşkil olunacaq.