Əfqanıstanda 6 polis öldürülüb

Foto arxiv

Onların cəsədləri ötən gecə Helmand əyalətindəki nəzarət-buraxılış məntəqəsində aşkar edilib

Əyalət rəsmisi deyir ki, onları öz həmkarları güllələyib və aradan çıxıb. Başqa bir məlumata görə isə hadisə yerindən 2 polis qaçıb.

Əfqanıstanda hərbi geyimdə olan yaraqlılar vaxtaşırı bu cür hücumlar törədirlər. Ətən həftə bu əyalətdə baş verən eyni insident nəticəsində 7 polis ölüb.