Kabildə törədilən partlayışda azı 17 nəfər ölüb

Kabildə partlayış

Bu gün Kabildə Ali məhkəmənin ətrafında törədilən partlayışda azı 17 nəfər ölüb,40-a yaxın adam yaralanıb.Ölən və xəsarət alanların çoxu məhkəmənin əməkdaşlarıdır.
Bu barədə Əfqanıstanın prezident administrasiyası xəbər verir.

Partlayış günün sonunda işçilər binadan çıxarkən törədilib. Minalanmış maşın məhkəmə əməkdaşlarını aparan avtobusa çırğılıb.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb və bununla islamçıların ölümə məhkum edilməsindən qisas aldığını bəyan edib.