Putin həyat yoldaşı ilə kilsə kəbini olmadığını deyir

Putin & Ludmila

Rusiya prezidenti Vladimir Putin heç vaxt həyat yoldaşı ilə kilsə kəbini olmadığını və ümumi razılıqla boşandıqlarını deyib. O bunu bu gün Russia Today televiziya kanalının əməkdaşları ilə görüşdə deyib.

Putin qeyd edib ki, onlar boşanma barədə ona görə məlumat veriblər ki, bu nəyi isə gizlətməkdən daha yaxşıdır.

Onlar ayrılmaq barədə iyunun 6-da açıqlama veriblər.