Panjikidze: «Hələlik Azərbaycanla sərhədlərin demarkasiyasına vaxtımız yoxdur»

Maia Panjikidze

“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesi üzərində hökumətlərarası komissiyalar işləyir və bu sahədə tərəqqi olacaq.”

APA-nın məlumatına görə, bunu Tbilisidə jurnalistlərlə xarici işlər naziri Maia Panjikidze deyib. Onun sözlərinə görə, Gürcüstanın hələlik bu məsə ilə məşğul olmağa vaxtı yoxdur: “Hardasa bir neçə məsələ həll olunmayıb və məsələlər işçi qruplar səviyyəsində həllini tapacaq. Ümumilikdə Azərbaycanla Gürcüstan arasında həll olunmamış məsələ yoxdur. Bizim Azərbaycanla münasibətimiz çox yaxşıdır”-deyə o vurğulayıb.