Məşhur aktrisa yazıçını məhkəməyə verir

Scarlett Johansson Oscar mükafatının təqdimetmə mərasimində. 27 fevral 2011

-

Fransada o qədər də tanınmayan bir yazıçının çap etdirdiyi roman Amerikada məşhur aktrisa və modeli Scarlett Johansson-u özündən çıxaıb.

Hollivud ulduzu indi fransız naşiri Jean-Claude Lattès və onun çap etdiyi "İlk baxdığın" (La première chose qu’on regarde) romanının müəllifi Grégoire Delacourt-nı "dələduzluğa görə" məhkəməyə verir və adından qanunsuz istifadə edildiyi üçün ona dəyən ziyana görə kompensasiya tələb edəcək.

Romanda Scarlett Johansson adlı məşhur aktrisa bir qaraj sahibinə vurulur, amma sonradan məlum olur ki, o heç də Scarlett Johansson deyil, onun fransız oxşarıdır.

Yazıçı deyib ki, bu xəbərdən şoka düşüb. Çünki romanda adı çəkilən şəxslərin ona qarşı məhkəmə iddiası qaldıracağını ağlına da gətirmirmiş. O hesab edir ki, romanı sadəcə "gerçək qəhrəmanları olan yaxşı sevgi hekayətidir".

Yazıçı deyib ki, iddiaya baxmayaraq aktrisanın heyranı olmaqda davam edir.