Asim Mollazadə «Şöhrət» ordeni ilə təltif edildi

-
İyunun 7-də prezident İlham Əliyev Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Asim Mollazadə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenə layiq görülüb.

Bu ay Asim Mollazadənin 60 yaşı tamam olub.