Kasparov Rusiyaya qayıtmır

Garry Kasparov

Rusiya müxalifətinin liderlərindən biri Garri Kasparov Rusiyaya qayıtmamaq qərarına gəlib.

Kasparov bu gün Cenevrədə keçirdiyi mətbuat konfransıda deyib ki, Rusiyaya dönəcəyi halda yenidən xaricə çıxa biləcəyinə inanmır.
Bu gün Cenevrədə hüquq müdafiəçisi kimi ona beynəlxalq mükafat verilib.
Kasparov qeyd edib ki, Rusiyada siyasi fəalların təqib olunmasına görə belə bir qərar qəbul edib.

Onun bəyanatı kasparov.com saytında yerləşdirilib.