Milli Şura iyunun 7-də təsis olunacaq

İyunun 7-də Milli Şura təsis olunacaq. Artıq hazırlıq işləri başa çatıb.

Bu haqda AzadlıqRadiosuna Milli Şurada təmsil olunan EL hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib.

İyunun 7-də Milli Şuranın bəyannaməsi qəbul olunacaq. Bundan sonra tərkibi açıqlanacaq. Əsasnaməsi və strateji planları haqqında məlumat veriləcək. Sədrin namizədliyi müzakirə olunacaq, sədr seçiləcək.