YAP 3 gündən sonra namizədini açıqlayacaq

Yeni Azərbaycan Partiyası iyunun 7-də keçirəcəyi qurultayda prezidentliyə öz namizədini irəli sürəcək. Bu barədə «Media forum» saytına YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, qurultayda prezident İlham Əliyevin namizədliyi irəli sürüləcək.

Səyavuş Novruzov deyib ki, qurultaya 83 şəhər və rayon təşkilatından 780-ə yaxın nümayəndə seçilib.

Qurultayın paytaxtda yerləşən «Buta» sarayında keçirilməsi gözlənir.