AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı bəlli olub

-
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech-in Azərbaycana iyunun 10-da gələcəklər.

Bu haqda Debono Grech apa-ya bildirib.

Dördgünlük səfər çərçivəsində onlar Azərbaycanın rəsmi şəxsləri, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəklər.

Səfərdə məqsəd Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməsinin vəziyyətini araşdırmaqdır. Onların bəzi rayonlara səfər edəcəkləri də gözlənilir.