“Dilmanc” şifahi nitqi yazılı mətnə çevirən sistem yaradıb


Azərbaycan dilində şifahi nitqi yazılı mətnə çevirən “Dilmanc” sistemi istifadəyə verilib.
Bu haqda məlumatı “AzərtAg” “Dilmanc” layihəsinin direktoru, texnika elmləri namizədi Əbülfət Fətullayevə istinadla yayıb.
Onun dediyinə görə, sistemin köməyi ilə mətni klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir. “Dilmanc” avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram mətni klaviaturada yığmağa nisbətən sürəti bir neçə dəfə artırmağa imkan verir.
Əbülfət Fətullayev bu sistemin, yəni Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə başladığını bildirib: “Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilmiş, sözlərin tələffüz qaydaları araşdırılaraq müvafiq baza yaradılıb”.
Əbülfət Əliyevin sözlərinə görə, nitq bazasının yaradılması üçün müxtəlif yaş kateqoriyasından olan 2500 nəfərdən çox insanın səsi yazılıb. Bu informasiyalardan istifadə edilərək Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanıb.
“Dilmanc” nitqin tanınması sistemindən pulsuz onlayn servis kimi http://dilmanc.az/asr ünvanında istifadə etmək mümkündür.
Proqramdan istifadə edərkən mikrofonun keyfiyyətinə fikir vermək məsləhət görülür.
Məlumatda deyilir ki, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır