Cəlalabadda nümayişçilər öz "icra başçı"sını seçib

Qırğızstanın cənubundakı Cəlalabad şəhərində yüzlərlə nümayişçi icra başçısının ofisini tutub. Onlar özləri regiona başçı seçiblər.

Nümayişlər müxalifətin həbs olunmuş 3 deputatının azad olunması tələbi ilə başlanmışdı.

Qırğızstanın şimalında isə Kanada şirkətinin istismar etdiyi Kumtor qızıl mədəninin milliləşdirilməsini tələb edən nümayişçilərlə polisin toqquşmalarında azı 55 adam yaralanıb.