Dünya uşaqların gözü ilə

Tacikistan, Düşənbə. 5 yaşlı Rahimjon Akbarov bu fotoları çəkib: (soldan sağa) dostları, su çiçəyi olan bacısı Nozanin, TV-də göstərilən cizgi filimi və oyuncaqları. 

Belorus. 9 yaşlı Kamila kəndlərindəki sevimli heyvanları çəkib.

Bosniya. 9 yaşlı Demijan Catic iti Bepo-nu, eynəyini, Parisdə gördüyü küçədə rəssamın fotosunu çəkib. 

Moldova. 5 yaşlı Cosmin özünün, 2 yaşlı qardaşının fotolarını çəkib. O həmçinin öz otağının pəncərəsindən gördüyü mənzərəni çəkib göndərib.

Ukrayna. Dana öz dostlarının fotolarını çəkib. 

Çex Respublikasında yaşayan, əslən Pakistandan olan 13 yaşlı Samrin Khan. Velosiped sürən atasının, iki balıaca qardaşının və sinif yoldaşlarının fotolarını çəkib. 

Qırğızıstan. 11 yaşlı Turan İmel özündən yaşca kiçik olan dostlarının fotolarını çəkib. 

Qırğızıstan. 14 yaşlı Janis Mjartans Tyan-Şan dağlarını çəkib. 

Ukrayna, Simferopol. 5 yaşlı Bohdan-Liubomyr Prytula dostlarının və güllərin fotosunu çəkib.

Türkmənistan. 11 yaşlı Mərdan paytaxt Aşxabadda uşaq parkının, peyk antenləri ilə örtülmüş binanın, bilet alan dostlarının fotosunu çəkib.

Çex Respublikası. 4 yaşlı Jonas atasının, atasına kömək edən dostunun, kiçik arxın və böyük qardaşının şəklini çəkib.