Mustafa Hacıbəylinin həbsi ilə bağlı apellyasiya şikayəti verildi

Mayın 30-da Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin həbsi ilə bağlı apellyasiya şikayəti verilib.

Vəkili Nemət Kərimli Sumqayıt Apellyasiya Məhkəməsinə verdiyi şikayətdə onun azad olunmasını istəyir.

M. Hacıbəyli mayın 28-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib. O, xırda xuliqanlıqda təqsirli bilinir.