İsmayıllıda bəzi ərazilər yağış suları ilə dolub

Ötən gecə yağan güclü yağış nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub.

Yağış sularının təmizlənməsi üçün əraziyə FHN-nin qüvvələri cəlb edilib.

Nazirliyin yaydığı məlumata görə, hazırda suçəkmə işləri davam edir.