Final 11 metrələr və... kütləvi dava ilə başa çatır [VİDEO]

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan kubokunun finalında dava düşdü

-

Mayın 28-də Futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. «Neftçi» və «Xəzər Lənkəran» klublarının qarşılaşdığı oyunda qapılar qarşısında təhlükəli vəziyyət yaransa da, hesab açılmayıb.

Oyunun əsas və əlavə vaxtında klublardan heç biri hesabda önə çıxmadığından, hakim Əliyar Ağayev qapılara 11 metrlik cərimə zərbəsi təyin edib.

Penaltilərdə «Neftçi» 5-3 hesabı ilə «Xəzər Lənkəran» klubuna qalib gəlib.

Qalibiyyəti qeyd etmək üçün azarkeşlərinin yanına gedən «Neftçi» oyunçuları ilə «Xəzər Lənkəran»lılar arasında anidən dava düşüb. Klub üzvlərinin oyunçuları sakitləşdirmək cəhdi boşa çıxdığından meydançaya polislər, AFFA rəsmiləri və Peşəkar Futbol Liqasının (PFL) prezidenti Rasim Musayev çıxıb.

Oyunçular sakitləşəndən sonra mükafatlandırma mərasimi keçirilib. AFFA prezidenti Rövnəq Abdullayev və PFL-in prezidenti Ramin Musayev kubokun finalçısı, «Xəzər Lənkəran» klubuna gümüş medallar, qalib «Neftçi» komandasına isə qızıl medallar və Azərbaycan kubokunu təqdim ediblər.