İran sərhədlərini bağlaya bilər

İran sərhəd keşikçisi

İRNA agentliyinin məlumatına görə, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Ali Abdullahi bildirib ki, iyunun 14-də keçiriləcək prezident və bələdiyyə seçkiləri ilə bağlı lazımı tədbirlər görülüb:

“İndiyədək seçkilərlə bağlı heç bir problem olmayıb. İnşallah, seçkilərin keçiriləcəyi günədək də problem olmayacaq. Ölkə sərhədlərinə nəzarət üçün də lazımi tədbirlər görülüb. Əgər lazım gələrsə, seçki günü sərhədlər bağlana bilər”.