AŞPA prezidenti 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş olacağına ümidlidir

Avropa Şurasının Parlament Assambleyasının sədri Jean-Claude Mignon Bakıda deyib ki, Avropa deputatları 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş olacağına ümid edirlər.

Onun sözlərinə görə, münaqişənin həllində konkret addımlar atmağa Azərbaycan və Ermənistanın tarixi imkanı var.