İraqda şiə zəvvarlara hücum edilib

Foto arxiv

Şənbə günü İraqda törədilən partlayışda 5 iranlı zəvvar ölüb, 19 nəfər isə xəsarət alıb.

Yerli hakimiyyətin məlumatına görə, zəvvarları Samarra şəhərindəki şiə ziyarətgahına aparan avtobusun ətrafında minalanmış maşın partladılıb.

Şiə müsəlmanlarının ən müqəddəs ziyarətgahlarından biri İraqdadır.
Hər il bura qonşu ölkələır, xüsusilə də
İrandan 100 minlərlə zəvvar axışır.