Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul etmək təklif edib

Foto arxiv

Avropa Parlamentinin bir qrup deputatı Avropa Şurası Nazirlər Kabinetinə Ermənistanın bu quruma rəhbərlik etdiyi dövrdə Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul etməsini təklif edib.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib.

Müraciətdə Ermənistanın bu quruma rəhbərlik etdiyi dövrdə Nazirlər Kabinetinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair sənəd hazırlaması və 6 ay ərzində məlumat verməsi təklif olunub.